Dünyada mövcud olan ictimai WİFİ-lar ölkəmizdə niyə mövcud deyil? - EKSPERT AÇIQLADI
“İctimai Wifi-lar mütləq şəkildə olmalıdır və ya olmamalıdır deyə bir anlayış yoxdur”. Bu sözləri SİA-ya açıqlamasında İKT üzrə ekspert Fərid Kazımov bildirib.
Onun sözlərinə görə ictimai WIFI-lar turistlər üçün əsasən önəmlidir: “İctimai WIFI təcrübəsi ölkəmizdə var. Asan Xidmət mərkəzlərində ictimai WIFI mövcuddur. Orda vətəndaş reklam izlədikdə ona pulsuz internet verilir. Heydər Əliyev adına hava limanınında da ictimai WIFI mövcuddur.
Hesab edirəm ki, ictimai WIFI-ları əsasən ticarət mərkəzlərində istifadəyə vermək olar. İctimai WIFI-lar insanların sıx toplaşdığı ərazilərdə olmalıdır. Lakin bu imkan məhdud olmalıdır. Yəni maksimum 512 kb/s və ya 1 Mb/s sürətlə ola bilər. Yəni insanlar ictimai WIFI vasitəsi ilə ödənişlərini həyata keçirə, mesajları qəbul edə, xəritədən istifadə bilməlidirlər. Şərq ölkələri və Asiya ölkələrində pulsuz internet təcrübəsi reklam üzərində qurulub.
Yəni insanlar reklamlar izləyərək müəyyən bir trafik əldə edirlər. Bu təcrübə ölkəmizdə də tətbiq oluna bilər. Bu təcrübənin hər hansısa bir provayder tərəfindən tətbiqi maraqlı olardı. Bu təcrübəni məncə mobil operatorlar tətbiq etsə daha məqsədə uyğun olardı. Çünki onların şəbəkələri daha genişdir və hər yeri tutur. Metroda da ictimai WIFI xidməti olmalıdır. Bu məsələ dövlət qurumları səviyyəsində qaldırılmalıdır və müzkirə olunmalıdır”.
Müəllif: İlkin Məmmədkərimov
Bütün xəbərlər Facebook səhifəmizdə