Süni intellekt çip inkişafını bir neçə dəfə sürətləndirdi...

...Beynəlxalq alimlər qrupu süni intellekt modellərinin yarımkeçirici avadanlıq yaratmaq qabiliyyətini qiymətləndirib. Tədqiqat Nature Communications jurnalında dərc olunub.

SİA-nın məlumatına görə, Prinston Mühəndislik İnstitutunun (ABŞ) və Hindistan Texnologiya İnstitutunun (Hindistan) alimləri süni intellektdən istifadə edərək 5G çiplərinin prototiplərini yaratmağa müvəffəq olublar. Alimlərin fikrincə, yeni texnologiyalar inkişafı bir neçə dəfə sürətləndirməyə və çiplərin məhsuldarlığını artırmağa imkan yaradıb, lakin müəyyən texniki yeniliklərin səbəbləri mütəxəssislər üçün aydın deyil.

Süni intellekt vəziyyətində elm adamları tərs mühəndislik adlanan bir üsuldan istifadə etdilər, burada istədikləri nəticəni təyin etdilər və modelə buna nail olmaq üçün göstəriş verdilər. Belə çıxır ki, generativ süni intellekt modelləri prosessorları bir neçə saat ərzində dizayn edə bilir, mütəxəssislər isə buna bir neçə həftə vaxt sərf edirlər. Bunun səbəbi mühəndislərin iterativ yanaşmaya güvənməsi və avadanlıqları hər mərhələdə sınaqdan keçirməsidir.

Tədqiqat müəllifi Kauşika Senqupta görə, nəticədə yaranan strukturlar "təsadüfi şəkildə əmələ gəlmiş kimi görünür". Yəni, elm adamlarının çiplər üçün dizaynları var, lakin "onları həqiqətən başa düşə bilmirlər".

Mütəxəssislər çipləri çertyojlara uyğun hazırlayarkən onların mövcud nümunələrdən daha üstün olduğunu görüblər. Senqputa bildirib ki, süni intellekt mühəndisləri əvəz etməməli, lakin onların məhsuldarlığını artıra bilər. Tədqiqatçının fikrincə, gec-tez süni intellekt elektronikanın dizaynında inqilab edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə