"Biz heç bir komandanın qarşısında əzilmədik" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Biz heç bir komandanın qarşısında əzilmədik" - BAŞ MƏŞQÇİ AÇIQLADI

"Biz həmişə il boyu çalışdıq ki, istənilən rəqibə qarşı yaxşı oyun göstərək. Hər zaman qeyd etmişəm ki, vicdanla işləməliyik". SİA xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov 1:1 hesabı ilə bitən "Qarabağ"-"Frayburq" oyunundan sonra keçirilən mətbuat konfransında qeyd edib.

50 yaşlı mütəxəsiss qeyd edib ki, əsas məqsəd Avropa Liqasında davam etmək idi: "Lakin bu alınmadı. Oyundan sonra komandama da bildirdim ki, biz heç bir rəqibin qarşısında əzilmədik əksinə sonuna qədər mübarizə apardıq. Allaha şükürlər olsun ki, futbolçularım geri çəkilmədi və daima dinamik şəkildə çıxış etdilər. Qarşımızdakı rəqibə real baxmalıyıq. Çox nadir hallarda bir komanda 90 dəqiqə dominantlıq edir. "Frayburq" komandası yetərincə güclü bir komanda idi".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə