"Bu oyun "Qarabağ" üçün həlledici matçlardan biridir" - FUTBOL EKSPERTİ DANIŞDI
“Sabah “Qarabağ” və “Frayburq” komandaları arasında oyun keçiriləcək”. Bu fikirləri SİA-ya açıqlamasında futbol üzrə ekspert Şahin Diniyev bildirib.

Futbol eksperti qeyd edib ki, bu matç “Qarabağ” komandası üçün həlledici oyunlardan biridir: ““Frayburq” komandası artıq qrupda lider sıralardan birini tutur. Ona görə bu komanda üçün məğlubiyyətin heç bir önəmi yoxdur. “Frayburq” komandası Almaniyanın klubudur. Onlar üçün fərq etmir ki, bu matç onlar üçün əhəmiyyətlidir ya yox. Lakin oyun barədə daha dəqiq heçnə demək olmaz. Çünki elə ola bilər ki, “Frayburq” komandasında əsas heyətin futbolçuları oyuna çıxmasın. O səbəbdən ki, onlar daxili çempionatada hazırlaşırlar həmçinin yol məsafəsi uzaqdır. “Qarabağ” komandasının hazırda motivasiyası çox yüksəkdir. Fikrimcə, çox maraqlı oyun keçəcək. “Qarabağ” komandasına uğurlar arzu edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB