Ukrayna indi də İranın DÇ-2022-dən uzaqlaşdırılmasını istəyir

Ukrayna indi də İranın DÇ-2022-dən uzaqlaşdırılmasını istəyir

Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsi İranın DÇ-2022-də iştirakına qadağa qoyulması xahişi ilə Beynəlxalq Futbol Assosiasiyasına (FİFA) müraciət edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Ukrayna tərəfi iddia edir ki, İran Rusiyaya silah verir, həmçinin FİFA nizamnaməsinin təşkilat üzvlərini insan hüquqlarına hörmətlə yanaşmağa və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa məcbur edən 3 və 4-cü maddələrini pozur.

Xatırladaq ki, bundan əvvəl bir qrup iranlı futbolçu və futbol xadimi FİFA-dan İran milli komandasının DÇ-2022-dən kənarlaşdırılmasını tələb etmişdi. Bundan əvvəl Dominikanın BMT-dəki daimi nümayəndəliyinin səfiri FİFA prezidenti Canni İnfantinonu Qətərdə keçiriləcək dünya çempionatında İranı İtaliya ilə əvəzləməyə çağırıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. İran millisi İngiltərə, Uels və ABŞ milliləri ilə bir qrupda yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə