" Komandamıza legioner futbolçu gətirməyəcəyik" - BAŞ MƏŞQÇİ AÇIQLADI
""Qarabağ" komandası 9 ildir ölkəmizi layiqincə təmsil edir. Futbolçularımıza da bildirmişdik ki, məsuliyyətli olsunlar". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlmasında "Şamaxı" komandasının baş məşqçisi Vüqar Əsgərli 4:0 hesabı ilə bitən "Şamaxı" - "Qarabağ" oyunundan dərhal sonra keçirilən mətbuat konfransında qeyd edib.
Baş məşqçi bildirib ki, qol epizodları olsa da, buna nail ola bilməyiblər: "Matçın ikinci hissəsi planladığımız kimi getsə də, ani diqqətsizlik oldu. Son anlarda biz qolları buraxırıq. Lakin bunlar yaşanmamalıdır. Belə komandalarla birlikdə meydan bölüşmək bizim üçün böyük təcrübə oldu. Qarabağ komandasıbın qarşısında oynamaq asand deyil. Bütün futbolçularımı təbrik edirəm. Komandamıza legioner futbolçu gətirmək istəyində deyilik. Çünki o zaman yerli futbolçularımız geridə qalır. Əsas məqsədimiz öz futbolçularımızı inkişaf etdirərək, "Şamaxı" komandasını əbədi olaraq yaşadaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB