Azərbaycanın “Qızıl yaş” komandasının çıxış proqramı təqdim olunacaq

Azərbaycanın “Qızıl yaş” komandasının çıxış proqramı təqdim olunacaq

Gənclər və İdman Nazirliyi Azərbaycan Gimnastika Federasiyası və Sosial Xidmətlər Agentliyi ilə birgə Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri üçün gimnastika hamı üçün növü üzrə tədbir təşkil edəcək.SİA xəbər verir ki, Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində keçiriləcək tədbirdə gimnastika hamı üçün növü üzrə Azərbaycanın “Qızıl yaş” komandasının (50 yaş və yuxarı) çıxış proqramı təqdim olunacaq. Müəssisə sakinləri üçün master-klass və gimnastika mütəxəssislərinin rəhbərliyi altında isinmə, gimnastika, rəqs hərəkətlərindən ibarət ümumi məşğələlər keçiriləcək.

Tədbir oktybarın 31-i saat 11:00-da, Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində keçiriləcək.
Ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, H.Hacıağa küçəsi, 24

Bütün xəbərlər Facebook səhifəmizdə