"Nant"dan heç-heçə

Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant" Fransa çempionatında 12-ci tur oyununa çıxıb. SİA xəbər verir ki, komanda "Nitsa"nın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.

"Nitsa" - "Nant" - 1:1
Qollar: Qanaqo, 49 (0:1), Pepe, 90+7-pen (1:1)
Qırmızı vərəqələr: Bamba, 90+9, Lafont, 90+9 (hər ikisi "Nant")

Bu nəticədən sonra "Nant" 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. "Nitsa, 13 xalla 12-cidir. Siyahıya 32 xalla PSJ başçılıq edir.

Xatırladaq ki, "Nant" və "Qarabağ" arasında Avroliqanın 5-ci tur qarşılaşması oktyabrın 27-də Fransada olacaq. Bu komandalar arasında Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə