Kataloniya "Barselona"sının prezidenti Joan Laporta hazırda PSJ-də Fransa çempionatında çıxış edən “mavi qranat”ın yetirməsi Lionel Messi ilə görüşü açıqlayıb. Son vaxtlar 35 yaşlı hücumçunun “Kamp Nou”ya qayıtması ilə bağlı söz-söhbətlər gəzməkdədir.
“...Biz Parisdə Ballon d'Or mərasimində görüşəcəyik. “Barselona”nın Lionel üçün nə demək olduğunu çox yaxşı bilirəm. Amma indi o, başqa kluba məxsusdur və biz buna hörmət etməliyik. Bir çox kataloniyalılar Messini yenidən “Barselona”da görmək arzusundadırlar. Bu həm də mənim arzumdur”,
Qeyd edək ki, bunu “Sport.es” Laportadan sitat gətirir.
Xatırladaq ki, Messi 2005-ci ildən 2021-ci ilə qədər Barselonanın əsas komandasının şərəfini qoruyub. Kataloniyalılar üçün 776 oyunda 670 qol vurub və 302 məhsuldar ötürmə edib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB