Futzal millimiz dünya çempionatına qələbə ilə başladı

Futzal millimiz dünya çempionatına qələbə ilə başladı

Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib. SİA xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib və 4:3 hesabı ilə qalib gəlib. Bakı İdman Sarayındakı qarşılaşma saat 20:00-da başlayıb.

Qeyd edək ki, Polşa seçməsi ilk oyununda Yunanıstana qalib gəlmişdi - 3:0.

7 oktyabr

Dünya çempionatı, seçmə mərhələ

20:00. Azərbaycan - Polşa - 4:3

Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27

Baş hakim: Aslan Qalayev

Bakı İdman Sarayı

Bütün xəbərlər Facebook səhifəmizdə