Azərbaycan cüdoçusu Ruslan Nəsirli Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatını beşinci pillədə başa vurub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bürünc medal görüşündə italiyalı Yan Karlettiyə uduzub.
Beləliklə, Azərbaycan yığması qitə birinciliyində fərdi mübarizəni beş medalla bitirib. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanıb.
Sentyabrın 18-də komanda yarışları baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB