Yığmamız Qazaxıstanda beynəlxalq turnirdə 2 bürünc medal qazanıb
Azərbaycanın 2 boksçusu Qazaxıstanın Aktau şəhərində keçirilən beynəlxalq turniri bürünc medalla başa vurub. Azərbaycan Boks Federasuyasının mətbyat xidmətindən SİA-ya verilən məlumata görə, Ruslan Qədirov (54 kq) və Rauf Rəhimov (92 kq) yığmamızla yanaşı, Qazaxıstan, Özbəkistan, Tailand, Monqolustan, Tacikistan və Qırğızıstandan 130 idmançının qatıldığı turnirdə 3-cü yeri tutublar.
Qədirov yarımfinalda qazaxıstanlı Timur Kabdeşovla üz-üzə gəlib. Rəqib finala yüksəldiyindən boksçumuz bürünc mükafata layiq görülüb.
Rəhimov isə özbəkistanlı Nusratbek Tohirovla qüvvəsini sınayıb. Asiyalı mərhələ adladığından Rauf fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB