""Fənərbaxça"ya gəldiyim üçün çox xoşbəxtəm" - FUTBOLÇU

""Fənərbaxça"ya gəldiyim üçün çox xoşbəxtəm" - FUTBOLÇU

"Çelsi"dən transferi "Fənərbaxça" tərəfindən açıqlanan Mişi Batşuayi transfer rəsmiləşdikdən sonra klub televiziyasına danışıb. SİA xəbər verir ki, belçikalı hücumçu "Həqiqətən həyəcanlı və xoşbəxtəm. Bu ölkəyə, xüsusən də "Fənərbaxça"ya qayıtdığım üçün çox xoşbəxtəm. Gəldiyim andan çox yaxşı qarşılandım" deyib.

"Fənərbağça"nın meneceri Səlahəddin Baki transferlə bağlı bunları deyib: "Axtardığımız profil Batşuayi idi. Məşqçimizin ən çox istədiyi futbolçulardan biri idi. 2 İngiltərə klubu ilə transfer yarışına girdik və qalib gəldik" dedi.

Bütün xəbərlər Facebook səhifəmizdə