"Oyunun sonu heç də yaxşı bitmədi"

"Oyunun sonu heç də yaxşı bitmədi"

“Oyunun sonu heç də yaxşı bitmədi. Bir həftə vaxtımız var ki, növbəti oyuna hazır olaq. Çalışacağıq ki, cavab matçına yaxşı hazırlaşaq”.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin israilli futbolçusu Ataa Caber Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Rapid”lə keçirilən oyundan (2:1) sonra “CBC Sport”a açıqlamasında deyib.

Bu yay “Neftçi”yə transfer olunan futbolçu görüşdə ilk qolu vurub. O, artıq komandaya uyğunlaşdığını bildirib: “Əlbəttə ki, özümdə inkişaf görürəm. Bu da etdiyim ağır məşqlərə, məşqçilərimə, komanda yoldaşlarıma görədir”.

A.Caber sonda azarkeşlərə təşəkkür edib: “Azarkeşlər sadəcə olaraq mükəmməl idilər. Ümidvaram ki, onlar növbəti oyunlarımıza da gəlib, bizə dəstək olacaqlar”.

Bütün xəbərlər Facebook səhifəmizdə