Ronaldo "Mançester Yunayted" tarixinin "10-luğ"una düşə bilməyib

İngiltərə "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldo klub tarixinin ən yaxşı oyunçuları sıralamasında "10-luğ"a düşə bilməyib. SİA-nın məlumatına görə, "FourFourTwo" nəşrinin dərc etdiyi siyahıda 37 yaşlı hücumçu 12-ci yerlə kifayətlənib. Səbəb kimi portuqaliyalı hücumçunun ən yaxşı illərini digər klublarda keçirməsi göstərilib.

İlk "10-luq"da Rayan Giqqz, Bobbi Çarlton, Corc Best, Brayan Robson, Erik Kantona, Denis Lou, Dunkan Edvards, Peter Şmeyxel, Ueyn Runi və Pol Skoulz yer alıb.

Qeyd edək ki, Kriştianu Ronaldo "Mançester Yunayted"də bütün yarışlarda 330 oyun keçirib, 142 qol və 71 məhsuldar ötürmə müəllifi olub. Onun "qırmızı şeytanlar"la müqaviləsi 30 iyun 2023-cü ilədəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə