Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze Avstriyanın “Altax” komandasının baş məşqçisi təyin olunub. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Kloze ilə bazar günü rəsmi müqavilə imzalayacaq. Onun təqdimat mərasimi isə bazar ertəsi olacaq.
44 yaşlı mütəxəssis daha əvvəl Almaniya millisinin və “Bayern”in məşqçilər korpusunda çalışıb. O, Münhen klubunun U-17 komandasının baş məşqçisi də olub.
“Altax” Avstriya Bundesliqasında mübarizə aparır. Bu komandaya son olaraq Lüdovik Maqnin rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB