"Liverpul" Mane üçün 30 milyondan çox tələb edəcək

"Liverpul" Mane üçün 30 milyondan çox tələb edəcək

"Liverpul" futbolçusu Sadio Maneni 30 milyon avroya satmaq fikrində deyil.

SİA Qol.az-a istinadən xəbər verir ki, mersisaydlılar Almaniya mətbuatında daha əvvəl yazılan bu məbləğdən qat-qat böyük məbləğ tələb edəcəklər .

"Bavariya" seneqallı yarımmüdafiəçini transfer etmək üçün favorit olaraq qalır. Lakin hələlik futbolçu üçün rəsmi təklif göndərilməyib. Mane özü isə "Liverpul"dan ayrılmaqda qərarlıdır.

Qeyd edək ki, 30 yaşlı futbolçu 2016-cı ildən "Liverpul"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə