"Sevilya"nın futbolçusu Dieqo Karlos karyerasını İngiltərədə davam etdirəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi "Aston Villa"ya keçir. Klublar arasında razılıq əldə olunub. Transferin digər detalları haqda məlumat verilməyib.

Qeyd edək ki, Dieqo Karlo 2019-cu ildən "Sevilya"da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə