"Mançester Siti" İngiltərə çempionu oldu

Bu gün İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

SİA Qol.az-a istinadən xəbər verir ki, çempionluq uğrunda "Mançester Siti" və "Liverpul" mübarizə aparırddı.

"Mançester Siti"yə çempionluq üçün qələbə kifayət edirdi. "Liverpul" isə mövsümü 1-ci yerdə tamamlamaq üçün bu görüşdə qalib gəlməli və "şəhərlilər"in isə xal itirməsini gözləməli idi. Bugünkü oyunlarda həm "Mançseter Siti", həm də "Liverpul" əzmkar qələbə qazanıb. Bu nəticələr isə "şəhərlilər"i çempion edib.

Xosep Qvardiolanın komandası 93 xalla 1-ci, "Liverpul" isə 92 xalla 2-ci olub. "Çelsi" 74 xalla mövsümün 3-cü yerdə tamamlayıb.

Beləliklə, "Mançester Siti" ardıcıl 2-ci, ümumilikdə isə 8-ci ölkə çempionluğunu qazanıb.

22 may

19:00. "Mançester Siti" - "Aston Villa" - 3:2

Qollar: Kaş, 37 (0:1), Koutinyo, 69 (0:2), Gündoğan, 76 (1:2), Rodri, 78 (2:2), Gündoğan, 81 (3:2)

19:00. "Liverpul" - "Vulverhempton" - 3:1

Qollar: Neto, 3 (0:1), Mane, 24 (1:1), Salah, 84 (2:1), Robertson, 89 (3:1)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...