“Fənərbaxça”dan son oyunda qələbə...

...“Beşiktaş”dan heç-heçə

Futbol üzrə Türkiyə Super Liqasında sonuncu turun oyunları keçirilir.

SİA Matç.az-a istinadən xəbər verir ki, bu günü daha dörd qarşılaşma baş tutub.

“Sivasspor” doğma meydanda “Kayserispor”a qalib gəlib. Altı qolun qeydə alındığı “Altay” – “Kasımpaşa” matçında qonaqlar inamlı qələbəyə seviniblər.

“Fənərbaxça” “Yeni Malatyaspor”la səfər oyununda 5 cavabsız qola sevinib. İstanbulun digər təmsilçisi “Beşiktaş” isə “Konyaspor”la qarşılaşmadan 1 xalla ayrılıb.

Türkiyə Super Liqası
38-ci tur

20 may

Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.

Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.

21 may

Altay – Kasımpaşa 2:4
Qol: İ.Öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.

Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.

Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.

Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.

22 may

17:00. Başakşəhər – Trabzonspor
17:00. Fatih Karagümruk – Alanyaspor
20:00. Hatayspor – Girəsunspor
20:00. Adana Dəmirspor – Göztəpə

Bütün xəbərlər Facebook səhifəmizdə