PSJ futbolçusu Kilian Mbappe ilə yeni müqavilə imzalayıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçu ilə iyunda başa çatacaq müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, 23 yaşlı oyunçu 2018-ci ildən PSJ-də oynayır. Onu "Real" transfer etmək istəyirdi. Ancaq Mbappe Madrid təmsilçisinin təklifi rədd edərək hazırkı klubunda qalmağa qərar verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...