"Sumqayıt" millisinin sabiq üzvü ilə müqavilə bağlanıb

"Sumqayıt" millisinin sabiq üzvü ilə müqavilə bağlanıb

"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb. SİA-nın əldə etdiyi məlumata görə, 30 yaşlı Ukrayna əsilli qokiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir.

Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011-2012 və 2014-2015-ci illərdə də "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub.

Onun son klubu Ukrayna LNZ-si olub.

Bütün xəbərlər Facebook səhifəmizdə