"Girensunspor" “Qaziantep”- ə 2 qolla qalib gəlib

"Girensunspor" “Qaziantep”- ə 2 qolla qalib gəlib

Superliqada 29-cu həftəyə yekun vuruldu. Həftənin iki qapanış matçından birində "Giresunspor" və "Qaziantep" FK komandaları üz-üzə gəlib. SİA xarici mətbuata istinadən verdiyi xəbərə görə, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Qarşılaşmada “Giresunspor”un formasını geyinən Serginyo 6-cı dəqiqədə qol pərdəsini açıb. Qazianteplilərin bu qola cavabı 40-cı dəqiqədə Maksimin penalti zərbəsi ilə gəlib. Matçın hesabı 79-cu dəqiqədə Çikinyo müəyyənləşdirib və "Giresunspor" meydanı 3 xalla tərk edib. Bu nəticədən sonra aşağı liqadan bir az yuxarıda olan "Giresunspor" kritik 3 xalı toplayıb və xalını 35-ə yüksəldib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə