"Barselona" La Liqanın 27-ci turunda "Elçe"nin qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
SİA "Sportbox"a istinadən xəbər verir ki, 44-cü dəqiqədə Fidel meydan sahiblərini hesabda irəli çıxarsa da, ikinci hissədə Ferran Torres və Memfis Depay (penalti) "Barselona"ya qələbə qazandırıb.
Yeri gəlmişkən xatırladaq ki, Xavinin komandası artıq ardıcıl 11 oyundur ki, İspaniya çempionatında uduzmur və 48 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB