“Sevilya” səfərdən 1 xalla döndü

“Sevilya” səfərdən 1 xalla döndü

Futbol üzrə İspaniya La Liqasında 23-cü turun oyunları keçirilir.

SİA xəbər verir ki, şənbə günü dörd qarşılaşma baş tutub.

“Elçe” “Alaves”i, “Malyorka” “Kadis”i, “Selta” isə “Rayo Valyekano”nu məğlub yola salıb. İkinci pillədə qərarlaşan “Sevilya” isə səfərdə “Osasuna” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

Lider “Real” bu turda “Qranada”nı qəbul edəcək. Turun mərkəzi görüşündə “Barselona” “Kamp Nou”da Madridin “Atletiko” komandasının müqavimətini qırmağa çalışacaq.

İspaniya La Liqası

23-cü tur

4 fevral

Xetafe – Levante 3:0

Qol: E.Ünal, 1; 29. Alena, 90+5.

5 fevral

Elçe – Alaves 3:1

Qol: Milla, 46; 58. Fidel, 86 – Xoselu, 18.

Malyorka – Kadis 2:1

Qol: Sevilya, 20-pen. Muriqi, 66-pen – Alkaras, 8.

Selta – Rayo Valyekano 2:0

Qol: Mendes, 12; 80.

Osasuna – Sevilya 0:0

6 fevral

17:00 Valensiya – Real Sosyedad

19:15 Barselona – Atletiko

21:30 Betis – Vilyarreal

00:00 Real – Qranada

7 fevral

00:00 Atletik – Espanyol

Bütün xəbərlər Facebook səhifəmizdə