PSJ penaltilərlə uduzdu və kubokda mübarizəni dayandırdı

PSJ penaltilərlə uduzdu və kubokda mübarizəni dayandırdı

Fransa kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib. Liqa 1-in lideri PSJ kubokda “Nitsa” ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Penaltilər seriyasında daha dəqiq olan (6:5) “Nitsa” mərhələ adlayıb.

Qeyd edək ki, daha öncə “Nant”, “Amyen”, “Versal”, “Bastiya”, “Olimpik” (Marsel), “Berjerak” və “Monako” da 1/4 finala vəsiqə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə