"Real" məğlubiyyətdən son anda qurtuldu

İspaniya La Liqasında 22-ci turun oyunları davam edir.

SİA xəbər verir ki, Madrid təmsilçisi bu dəfə "Elçe"ni qəbul edib. Əvvəlcə hesabı 42-ci dəqiqədə qonaqların üzvü Lukas Boye açıb. Pere Milla 76-cı dəqiqədə fərqi bir qədər də artırıb. 82-ci dəqiqəddə Luka Modriç görüşdə "kral klubu"nun ilk qolunu vurub. "Elçe" qələbə üçün sevinməyə hazırlaşsa da, 90+2-ci dəqiqədə Eder Militao qapıya yol tapıb və komandasını məğlubiyyətdən xilas edib - 2:2.

Qeyd edək ki, "Real" hazırda La Liqanın turnir cədvəlində 50 xalla liderdir. "Elçe" isə 23 xalla 15-ci pillədə qərarlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə