"Atletiko" qalib gəldi...ardıcıl 4 məğlubiyyətdən sonra

"Atletiko" qalib gəldi...ardıcıl 4 məğlubiyyətdən sonra

İspaniya La Liqasında 19-cu turun oyunları keçirilir.

SİA xəbər verir ki, "Atletiko" bu gün "Rayo Valyekano"nu qəbul edib. Ardıcıl 4 oyundur uduzan Madrid təmsilçisi uğursuz seriyaya bu matçla son qpyub. Angel Korreanın dublu "Atletiko"ya qələbə qazandırıb - 2:0.

"Atletiko" - "Rayo Valyekano" - 2:0

Qollar: Korrea, 28, 53

Bu nəticədən sonra "Atletiko" 32 xalla 4-cü, "Rayo Valyekano" 30 xalla 5-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 46 xalla "Real" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə