“Qarabağ” “Sabah”a böyük hesabla qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Turun açılış matçında autsayderlər üz-üzə gəlib. “Keşlə” əsas izləyicisi olan və sonuncu pillədə qərarlaşmış “Səbail”i qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İlk oyun gününün digər görüşü isə lider “Qarabağ”la “Sabah” arasında baş tutub. Hansı ki, bu komanda da son turlarda uğurlu çıxışı ilə diqqət çəkirdi. Amma Ağdam klubu bu rəqibini böyük hesabla məğlub edib.

Tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
13-cü tur
4 dekabr

“Keşlə” – “Səbail” 2:2
Qol: F.Santos, 45+7-pen. A.Abanq, 46 – R.Əmirquliyev, 66. C.Araqo, 90+5.
Qırmızı vərəqə: A.Abanq, 61.
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Fərid Hacıyev.
Bakı. “ASK Arena”, 16:00.

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 10. Felipe Santos, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə.
Baş məşqçi: Sənan Qurbanov.

Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov.
Məşqçi: Vüqar Məmməd.

“Qarabağ” – “Sabah” 5:1
Qol: A.Zubir, 16; 51. F.Ozobiç, 35. İ.Vadji, 77; 90 – B.Həsənalızadə, 27.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı.
Bakı. “Azərsun Arena”, 18:15.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 20. Kadi Borges, 27. Toral Bayramov.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 29. Marko Veşoviç, 25. İbrahima Vadji, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Sabah: 16. Saşa Stamenkoviç, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 26. Tiemoko Fofana, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev, 66. Abdulah Xaybulayev.
Ehtiyat oyunçular: 32. Rustəm Samiqullin, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 33. Camal Cəfərov.
Baş məşqçi: Murad Musayev.

Bütün xəbərlər Facebook səhifəmizdə