“Çelsi”dən “Mançester Yunayted”lə heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

SİA xəbər verir ki, “Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olub. “Şəhərlilər” bu oyundan qalib ayrılıblar.

Turun mərkəzi görüşü Londonda keçirilib. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Tottenhem”in “Bernli” ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası

13-cü tur

27 noyabr

Arsenal – Nyukasl 2:0

Qol: Saka, 56. Martinelli, 66.

Kristal Pelas – Aston Villa 1:2

Qol: Quehi, 90+5 – Targett, 15. Makqinn, 86.

Liverpul – Sauthempton 4:0

Qol: Jota, 2; 32. Tyaqo, 37. Van Deyk, 52.

Norviç Siti – Vulverhempton 0:0

Brayton – Lids 0:0

28 noyabr

Bernli – Tottenhem oyunu təxirə salınıb

Brentford – Everton 1:0

Qol: Toni, 24-pen.

Lester Siti – Uotford 4:2

Qol: Maddison, 16. Vardi, 34; 42. Lukman, 68 – Kinq, 30. Dennis, 61.

Mançester Siti – Vest Hem 2:1

Qol: İ.Gündoğan, 33. Fernandinyo, 90 – Lanzini, 90+4.

Çelsi – Mançester Yunayted 1:1

Qol: Jorjinyo, 69-pen – Sanço, 50.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...