“Çelsi”nin hücumçusu Mişi Batşuayi karyerasını Türkiyədə davam etdirə bilər. SIA xarici mətbuata istinadən xəbər verir ki, onunla “Trabzonspor” maraqlanır.

“Milliyet” qəzetinin yazdığına görə, trabzonlular Mişini icarəyə götürmək istəyirlər. O, ötən mövsümdə icarə əsasında “Kristal Pelas”da çıxış edib. 27 yaşlı belçikalının bu təklifə münasibəti bəlli deyil. “Trabzonspor” transfer bazarında Türkiyə klubları arasında ən fəallardan biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə