Polşa çempionatında milli üzvlərimizin komandaları üz-üzə gəlib

Polşa çempionatının 1-ci turunda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Legiya" evdə “Visla” (Plok) ilə üz-üzə gəlib.

SİA xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb.

Mahir bu görüşün iştirakçısı olmayıb. Səhhətində problem olan futbolçumuzun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edık ki, yığmamızın digər oyunçusu Anton Krivotsyud "Visla"da çıxış edir. O, görüşə start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə