35 yaşlı müdafiəçi komanda yoldaşı Kilian Mbappenin yeni mövsümdə də PSJ-də qalmalı olduğunu deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o bu sözləri ifadə edib: "Bütün möhtəşəm futbolçular “Real”a getməlidir, ancaq Mbappe indi PSJ-də qalmalıdır. Çünki ən yaxşılarla birlikdə oynamaq istəyirəm. Bir vaxtdan sonra qərarları özün verirsən. İndi onun nə düşündüyünü bilmirəm, lakin fərq yarada bilən gənc futbolçu və yaxşı komanda yoldaşıdır. “Real”a qol vursam, heç vaxt sevinmərəm. “Real” qəlbimdəki klubdur, hörmətə layiqdir. Bu komandaya qarşı nə qol, nə də qələbə sevincini qeyd edərəm.“Real”da möhtəşəm illər keçirdim. Hər şey gözəl idi. Evindən ayrılmaq çətindir, amma indi möhtəşəm komandaya gəlmişəm. Xoşbəxtəm və qazanmağa davam etmək istəyirəm”.
Qeyd edək ki, Ramos PSJ ilə iki illik müqavilə imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB