Emanuel Emenike Nigeriya millisində ilk qolunu Argentinaya vurdu

Emanuel Emenike Nigeriya millisində ilk qolunu Argentinaya vurdu

Nigeriyanın Argentinanı 4:1 məğlub etdiyi oyunda debüt matçına çıxan E.Emenike millidəki ilk rəsmi qolunu vurub. Siasport.az saytı xəbər verir ki, yoldaşlıq görüşündə Nigeriyadan 10-cu dəqiqədə Uçe fərqlənib. Bundan sonra 27-ci dəqiqədə Obina hesabı artırıb. Uçe 40-ci dəqiqədə fərqlənərək oyunda dubl edib. İlk hissə bu hesabla yekunlaşıb. Fasilədən sonra Emenike 53-cü dəqiqədə hesabı 4:0-a çatdırıb. O, bununla da millidə ilk qolunu vurub. Son dəqiqələdə isə Argendina Boselli ilə təsəlli qolunu vurub-4:1.

Xatırladaq ki, Argentinanın heyətində bir çox aparıcı oyunçular çıxış etməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə