Ukrayna millisi Avro-2020-nin pley-off mərhələsinə yüksəlib

Avro-2020-də C qrupunu 3 xalla 3-cü pillədə başa vuran Ukrayna millisi Avro-2020-nin pley-off mərhələsinə yüksəlib.

SİA xəbər verir ki, bu, E qrupunda Slovakiyanın İspaniyaya 0:5 hesabı ilə uduzmasından sonra rəsmiləşib. Bu nəticədən sonra Ukrayna Slovakiyanı top fərqində qabaqlayıb. Bundan başqa, E qrupunda Polşa İsveçi məğlub edə bilməyib. E qrupunun nəticələrinin ardından Ukrayna ən yaxşı qrup üçüncülərindən biri olaraq pley-offa vəsiqə qazanıb.

Xatırladaq ki, Avro-2020-nin 1/8 final mərhələsinə üçüncü yeri tutmuş dörd ən yaxşı komanda yüksəlir. Ukrayna ilə yanaşı, İsveçrə (A qrupu, 4 xal) və Çexiya (F qrupu, 4 xal) artıq növbəri mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə