“Qalatasaray”, yaponiyalı oyunçu Hidemasa Morita üçün transfer çalışmalarına başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, “Qalatasaray”, Fatih Terimin rəhbərliyi altında Spor Toto Super Liqasında yeni mövsümə hazırlıqlarını davam etdirir.

Sarı-qırmızılı komandada skaut qrupu, Yaponiya-Serbiya matçında 26 yaşındakı ön libero Hidemasa Moritayı izlədi və oyunçunun oyununu bəyənərək haqqında məlumatlar toplanıb. Cimbom “Santa Clara” klubun rəhbərliyi və yapon oyunçunun meneceri ilə əlaqə saxlayıb.

Yaponlarla Serbiya arasındakı son yoldaşlıq görüşündə “Qalatasaray” oyunçunun keyfiyyətindən təsirləniblər. Keçən mövsümün yarısında “Santa Clara” klubuna keçən və özünü qısa müddətdə göstərən 26 yaşlı yarımmüdafiəçi Moritanın müqaviləsi 2024-cü ildə başa çatır.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə