Portuqaliya mətbuatı, "Fənərbaxça"nın Marko Silva ilə danışıqlara başladığını iddia etdikdən sonra, futbol azarkeşləri gənc məşqçini araşdırmağa başlayıb. Bəs Fənərbaxçanın gündəmində olduğu iddia edilən Marko Silva kimdir, neçə yaşındadır, hansı komandalarda məşqçi olub? SİA-nın verdiyi məlumata görə, Emre Belözoğlu ilə yollarını ayırdıqdan sonra "Fənərbaxça" məşqçi axtarmağa başlayıb. Komanda mövsüm öncəsi məşqçi axtarışlarını tamamlamaq və bu istiqamətdə oyunçularla bağlı qərarlar vermək istəyir.

1977-ci il təvəllüdlü Marko Silvo, Portuqaliyada doğulmuş məşqçidir. İdarəetmə karyerasına 2011-ci ildə “Estoril Prairada” idman meneceri kimi başlayan Silva, 2014-cü ildə “Sporting”in məşqçisi olub.

2015-2016-cı illərdə “Olympiakos”, 2016-2017-ci illərdə “Hull City” və “Watford”u çalışdıran 43 yaşlı məşqçi 2017-2018-ci illərdə “Evertonun” meneceri olub. 2019-cu ildən bəri ara verən Silvanın “Fənərbaxça” ilə məşqçiliyə qayıdacağı iddia edilir.

Portuqaliya mətbuatında yer alan iddialardan sonra gözlər klubdan gələn açıqlamalara çevrilib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə