"Möhtəşəm Bakı Olimpiya Stadionunda keçirilən oyundan böyük zövq aldıq" - İsveçrəli azarkeş

Qarşılaşmanı çox böyük həyəcanla izlədik. Bu bir futbol bayramıdır. Möhtəşəm Bakı Olimpiya Stadionunda baş tutan oyundan böyük zövq aldıq.
Bu sözləri “Avro-2020”nin Bakıdakı oyunlarını izləmək üçün ölkəmizə gələn isveçrəli futbol azarkeşi Cil Royl mətbuata müsahibəsində deyib.
O, qeyd edib ki, paytaxt Bakı gözəlliyi ilə zövq oxşayır: “Şəhərinizin, xüsusilə arxitekturası maraqlıdır. Burada yeni binalarla köhnələrin sintezi diqqətimi cəlb edib. Bakını başdan-başa gəzmək istəyirəm”.
Azərbaycan mətbəxinin çox zəngin olduğunu, artıq bir çox yeməkləri daddığını bildirən qonaq böyük məmnuniyyətlə ölkəmizə yenidən səfər edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə