Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq. Bu barədə SİA-ya Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib.
Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, “Formula 1 Village” olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.
Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.
Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB