Nuriyevin komandası Donetsk "Şaxtyor"u ilə keçirilməli olan matça çıxmaqdan imtina edib

Nuriyevin komandası Donetsk "Şaxtyor"u ilə keçirilməli olan matça çıxmaqdan imtina edib

Millimizin üzvü Anatoli Nuriyevin çıxış etdiyi Ukraynanın "Minay" klubu Premyer Liqanın 25-ci turunda bu gün Donetsk "Şaxtyor"u ilə keçirilməli olan matça çıxmaqdan imtina edib.
SİA "UA-Football" nəşrinə istinadən xəbər verir ki, buna bukmeker kontorlarında matça anomal dərəcədə pul qoyuluşu səbəb olub.
Məsələ ondadır ki, gün ərzində “Minay”ın qələbə əmsalı 27-dən 44-ə yüksəlib. Bundan başqa, oyunda 3-dən çox qolun vurulacağına da böyük məbləğdə pul qoyuluşu edilib. Bəzi bukmeyker kontorları isə artıq bu görüş üçün mərc qəbul etmirlər.

Qeyd edək ki, “Minay” – “Şaxtyor” oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlamalı idi.

Bütün xəbərlər Facebook səhifəmizdə