İngiltərə futbol klubunun 32 yaşlı müdafiəçisi dünyasını dəyişib

İngiltərə futbol klubunun 32 yaşlı müdafiəçisi dünyasını dəyişib

İngiltərənin "Yovil Taun" klubunun müdafiəçisi Li Kollinz dünyasını dəyişib.

SİA 5-ci liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın kapitanı 32 yaşında vəfat edib. İngilis futbolçunun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Li Kollinz karyerası ərzində "Port Vayl", "Barnsli", "Şrusberi" və "Mansfild" klublarında da çıxış edib. O, bu mövsüm "Yovil Taun"da 8 oyuna çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə