Millimizin oyunu italiyalı hakimə tapşırıldı

Millimizin oyunu italiyalı hakimə tapşırıldı

Futzal üzrə Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Moldova ilə ev maçtının hakimləri açıqlanıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı italiyalı Culio Kolombin idarə edəcək.

Ona San Marinodan Daniele Dadamo köməklik göstərəcək.

Qeyd edək ki, martın 4-də Bakı İdman Sarayında keçirləcək Azərbaycan - Moldava görüşü saat 19:00-da başlayacaq. Jose Alesionun baş məşqçi olduğu komanda iki oyundan sonra 6 xalla 3-cü qrupda liderdir. Qrupda Slovakiya və Yunanıstan komandaları da var.

Bütün xəbərlər Facebook səhifəmizdə