Almaniyanın “Herta” klubunu macarıstanlı mütəxəssis çalışdıracaq

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA xəbər verir ki, bundan sonra sözügedən komandanı Pal Dardai çalışdıracaq.

Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Macarıstandan olan 44 yaşlı mütəxəssislə müddəti 2022-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. O, bu vəzifədə bir gün öncə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.

Qeyd edək ki, Dardai 2015-2019-cu illər aralığında da "Herta"nı çalışdırıb. O, həm də futbolçu karyerası dönəmində, 1997-2011-ci illər aralığında Berlin klubunun uğurları üçün çalışıb, bu komandada çıxdığı 297 oyunda 17 qola imza atıb.

Xatırladaq ki, "Herta" Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...