“Sumqayıt” Nağıyevlə müqavilə imzaladı

Premyer Liqanın ikinci hissəsi üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

SİA-nın məlumatına görə, "Gənclik şəhəri" təmsilçisi Dmitri Nağıyevlə müqavilə imzalayıb.

Azərbaycan U-21 yığmasında oynamış futbolçu 2,5 il sumqayıtlıların formasını geyinəcək. Onun son klubu Moldovanın "Dinamo-Avto" komandası olub.

Qeyd edək ki, Dmitri "Dinamo-Avto" (21 oyun, 1 qol) ilə yanaşı "Stumbras" (1 oyun), "Qarabağ Vyana" (15 oyun, 1 qol) və "Dnepr"in (13 oyun, 1 qol) uğurları üçün çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə