Koronavirusa yoluxan güləşçilərimizin adları bilindi

Yunan-Roma güləşi üzrə Azərbaycan millisində koronavirusa yoluxanların adları bəlli olub.

SİA-nın məlumatına görə, Ziyad Zeynalov (55 kq) və Nəsir Həsənovun (77 kq) testi müsbət çıxıb.

Komandadan təcrid edilən idmançılar təxminən bir həftə sonra növbəti dəfə test verəcəklər.

Qeyd edək ki, hər iki güləşçi ötən il Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında 5-cü olub.

Bütün xəbərlər Facebook səhifəmizdə