Maradonanın həkimi: "Dünyadakı bütün xəstələr bundan ölür"

Həkimi Leopoldo Luke əfsanəvi futbolçu Dieqo Maradonanın müalicəsində tibbin səhvetmə ehtimalını inkar edib. SİA-nın məlumatına görə, "Pagina12" nəşrinə açıqlama verən Luke futbol ulduzunun xilası üçün mümkün olan hər şeyi etdiyini bildirib.

Həkim heç bir tibbi yanlışlığının olmadığını söyləyib: "Maradonada gözlənilməz bir şey oldu: infarkt. Həkimlər bunun qarşısını almaq üçün hər şeyi etdilər. Bütün dünyadakı xəstələr bundan ölür".

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Müəllif: Şiraslan Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...