UEFA-nın reytinqində bir pillə irəlilədik

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinə yekun vurulduqdan sonra UEFA-nın yeni reytinq cədvəli açıqlanıb. SİA xəbər verir ki, Azərbaycan UEFA-nın reytinq cədvəlində 1 pillə irəliləyərək 25-ci pilləyə yüksəlib. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Molde” ilə qarşılaşan “Qarabağ” rəqibinə penaltilər seriyasında məğlub olsa da (5:6), ölkəmizin reytinqinə 0,250 xal qazandırıb.

Nəticədə Azərbaycanın son 5 mövsümün yekununda xalları 16,125-ə çatıb. Hesabında 15,950 xal olan Rumıniya isə 1 pillə geriləyərək 26-cı sıraya enib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...