Niderlandlı məşqçi Yordi Kroyfun yeni iş yeri Çin klubunda olacaq

Niderlandlı məşqçi Yordi Kroyfun yeni iş yeri müəyyənləşib.

SİA xəbər verir ki, əfsanəvi Yohan Kroyfun oğlu Çinin “Şençjen” klubuna baş məşqçi təyin olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Daha öncə də Çində “Dangdai Lifan” klubunu çalışdırmış 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmır.

Qeyd edək ki, Yordi Kroyf bu ilin yanvar ayında Ekvador millisinə baş məşqçi təyin edilmişdi. Onunla 3 illik müqavilə imzalanmışdı. Lakin gənc mütəxəssis bu komandanı heç bir oyuna çıxarmadan bir müddət öncə istefaya göndərildi.

Kroyf “Şençjen”də italiyalı Roberto Donadonini əvəz edib. 2019-cu ilin iyulunda "Şençjen"in baş məşqçisi təyin olunan italyan mütəxəssis ümidləri doğrultmadığı üçün istefaya göndərilib. Sözügedən komanda Çin Super Liqasında geridə qalan 4 tur ərzində cəmi 3 xal əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...