Dörd qolun qeydə alındığı "Napoli"-"Milan" görüşü heç-heçə bitib

Futbol üzrə İtaliya A Seriyasında 32-ci turun oyunları keçirilir.

Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar gününə təsadüf edib.

“Cenoa” SPAL-ı iki cavabsız qolla məğlub edibsə, “Sampdoriya” səfərdə “Udineze”ni üstələyib. “Kalyari” – “Leççe”, “Fiorentina” – “Verona” və “Parma” – “Bolonya” oyunlarında qalib müəyyənləşməyib.

Turun maraqla gözlənilən qarşılaşmalarından biri də Neapolda keçirilib. Son turda “Yuventus”u 4 qolla məğlub edən “Milan” burda “Napoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu görüş də heç-heçə bitib.

İtaliya A Seriyası

32-ci tur

12 iyul

Cenoa – SPAL 2:0

Qol: Pandev, 24. Şöne, 54.

Kalyari – Leççe 0:0

Fiorentina – Verona 1:1

Qol: Kutrone, 90+6 – Faraoni, 18.

Parma – Bolonya 2:2

Qol: Kurtiç, 90+3. İnqlese, 90+5 – Danilo, 3. Soriano, 16.

Udineze – Sampdoriya 1:3

Qol: Lasanya, 37 – Kvalyarella, 45+1. Bonassoli, 84. Qabbyadini, 90+4.

Napoli – Milan 2:2

Qol: Di Lorenso, 34. Mertens, 60 – Hernandes, 20. Kessye, 73-pen.

11 iyul

Latsio – Sassuolo 1:2

Qol: Alberto, 33 – Raspadori, 52. Kaputo, 90+1.

Breşiya – Roma 0:3

Qol: Fasio, 48. Kaliniç, 62. Zaniolo, 74.

Yuventus – Atalanta 2:2

Qol: Ronaldo, 55-pen; 90-pen – Sapata, 16. Malinovski, 81.

13 iyul

23:45 İnter – Torino

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...