Azərbaycanlı futbolçu adını Moldova çempionatlarının tarixinə yazıb

Azərbaycanlı futbolçu adını Moldova çempionatlarının tarixinə yazıb

Futbol üzrə Moldova çempionatında yeni mövsümə start verilib.

SİA xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da yeni mövsümdə ilk matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Floreşti” ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ilk qolunu da Dmitri vurub. O, 39-cu dəqiqədə fərqlənməklə həm də Moldova çempionatında yeni mövsümün ilk qolunun müəllifinə çevrilib.

Bütün xəbərlər Facebook səhifəmizdə